RU

Aşağı rəqəmdir, iqtisadiyyatda problemlərin olduğunu açıq göstərir İqtisadçı

ain.az, 525.az saytına istinadən bildirir.

“2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 67 milyon manat və yaxud 0,2 faiz çoxdur. Yəni, ölkə büdcəsinin gəlirləri 2025-ci ilə nisbətən cəmi 67 mln. manat çox olacağı proqnozlaşdırılır. Çox aşağı rəqəmdir, iqtisadiyyatda problemlərin olduğunu açıq göstərir”.

Bunu 525.az-a iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, 2026-cı ildə dövlət büdcəsinin xərcləri 2025-ci ilin təsdiq olunan göstəricisi ilə müqayisədə 141 milyon manat və ya 0,3 faiz artım ilə 41 milyard 548.6 milyon manat proqnozlaşdırılır. Yəni, büdcə gəlirləri cüzi artıb deyə, xərclərdəki artım da mikroskopikdir və bu ölkəmiz qarşısında duran çağırışlara, problemlərin həllinə cavab vermir:

“Maliyyə nazirliyi yaxın 4 il üçün büdcə parametrlərində neftin orta qiymətini 65 dollar kimi götürmək, hesablamalarını bu qiymətlə aparmaq istəyir. Geosiyasi gərginliklər azalsa, sırf makroiqtisadi vəziyyətə ABŞ və OPEK+ ölkələrin hasilatın artım dinamikasına görə, yaxın illərdə neft qiymətlərinin, ortalama, 60 dollardan aşağı olması ehtimalı çox yüksəkdir. Hökumət daha yüksək qiymət ortalaması ilə hesablamalar aparır, səbəbi sadədir – neftin proqnoz qiymətlərinin hər 5 dollar aşağı götürüləndə, büdcənin gəlir hissəsində ciddi azalmalar olur. 2026-cı ildə orta qiyməti 60 dollar götürsələr büdcə gəlirləri 2025-ci ilə nisbətən azalacaq, xərclər isə az da olsa artmalıdır. Deməli iki yol qalacaq – ya Neft Fondundan daha çox vəsait götürülməlidir, ya da büdcə kəsri kəskin artmalıdır. Ona görə də, hökumət arzuladığı, görmək istədiyi qiyməti proqnoz parametrlərinə daxil edir”.

Sevinc QARAYEVA

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
10
2
525.az

3Источники