RU

Ruslar bu istiqamətdə irəliləyiblər

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Rus ordusu Xarkov vilayətinin Kupyansk şəhərinin şimal hissəsində irəliləyib.

Bu barədə Ukraynanın "DeepState" monitorinq layihəsi məlumat yayıb.

Məlumata görə, ruslar həmçinin Kupyanskın şimalında yerləşən Holubivka, Şərqi Zaporojye vilayətindəki Novoivanivka kəndi yaxınlığında irəliləyib.

“Forbes” yazır ki, ruslar Pokrovsk uğrunda həlledici döyüşə hazırlaşır. Jurnalistlər bunun uzun müddət çəkə biləcəyini qeyd edirlər. Nəhayət, “şəhərdən demək olar ki, heç nə qalmayacaq”.

Bu arada "DeepState" daha əvvəl bildirmişdi ki, işğalçılar hazırda Limanın cənubundakı Yampol şəhərini hədəfə alırlar. 

Analitiklər qeyd ediblər ki, ruslar mülki şəxs qiyafəsində şəhərə daxil olmağa çalışırlar. Ancaq Müdafiə Qüvvələri onları aradan qaldırır.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
61
2
azpolitika.info

3Источники