RU

Koronavirus Azərbaycana qayıdır?

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Payızın gəlişi ilə havaların soyuması mövsümi xəstəliklərin artmasına səbəb olur. 

Bu mövsümdə qrip, mövsümi soyuqdəymə, bronxit kimi virus infeksiyaları daha çox yayılır. Son dövrlər xarici ölkələrdə COVID-19-un yeni ştamlarının sürətlə yayılması isə insanların narahatlığını artırıb. 

Ölkəmizdə də belə bir təhlükə gözlənilirmi? Payız aylarında hansı viruslara daha çox rast gəlinir?

Mövzu ilə bağlı “Cebheinfo.az” – a açıqlama verən həkim Rasif Bağırov bildirdi ki, viruslardan qorunmaq üçün vitamin-mineral komplekslərinin qəbulu tövsiyə olunur: 

“Payız fəsli ilə birlikdə havaların soyuması orqanizmdə müəyyən dəyişikliklərə səbəb olur. Yaz və payız fəsillərində bədənin vitamin və amin turşularına tələbatı artır. İnsan orqanizminin maddələr mübadiləsini gücləndirmək və immun sistemini dəstəkləmək məqsədilə vitamin-mineral komplekslərinin qəbulu tövsiyə olunur. Bu tədbirlər orqanizmin viruslara qarşı müqavimətini gücləndirir”. O bildirib ki, hazırda COVID-19-un ağır formaları demək olar ki, aradan qalxıb:

“Yeni ştamlar əvvəlki virus ştamları ilə müqayisədə daha az zərərvericidir və ciddi fəsadlar törətmir. Pandemiyanın ilkin dövrlərində virusun yayılması prosesinin gizlədilməsi, standart müayinələrin olmaması və düzgün müalicənin tətbiq edilməməsi çoxsaylı ölüm halları ilə nəticələnmişdi. Əslində, COVID-19 və onun ştamları düzgün müalicə olunduqda ölüm riski minimaldır”. 

Onun sözlərinə görə,ölkədə bəzi qurumların fəaliyyət göstərməməsi məlumatsızlığa səbəb olur: 

“Hazırda ölkəmizdə 3-4 fərqli virus variantına rast gəlinir. Təəssüf ki, ölkədə virusologiya instutu, müstəqil tədqiqat institutları fəaliyyət göstərmir, buna görə də virusların hansı stamplarının mövcud olduğu, onların fəaliyyəti və gedişatı barədə kifayət qədər məlumat yoxdur”. 

Həkim qeyd edib ki, virusun yeni ştamı ciddi təhlükə deyil: 

“Məlumatın olmaması o demək deyil ki, viruslar mövcud deyil, xaricdə aşkar edilmiş viruslar ölkəyə gələ bilər. İnsanların beynəlxalq səyahətləri və xarici ölkələrlə əlaqələri virusların yayılmasına şərait yaradır. Lakin əvvəlki COVID-19 vəziyyəti təkrar olunmayacaq. 

İndiyə qədər əldə olunmuş təcrübələr, mübarizə üsulları və virusun kökünün müəyyən dərəcədə kəsilməsi yeni ştamların ciddi problemlər yaratmamasına şərait yaradır. Statistik olaraq, indiyə qədər virusun yeni ştamları ciddi fəsadlara səbəb olmayıb”. 

Gülər 

“Cebheinfo.az

 

Açar sözlər:

Koronavirus Azərbaycan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
40
1
cebheinfo.az

2Источники