Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ermənistan və Fransa strateji tərəfdaşlıq sənədinin imzalanma müddətlərini müzakirə edib.
"Report" Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu mövzu siyasi məsləhətləşmələr zamanı qaldırılıb.
Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan və Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa Departamentinin rəhbəri Bris Rokföy məsləhətləşmələr zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq proqramlarını müzakirə ediblər.
Tərəflər, həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi çərçivəsində Vaşinqtonda əldə edilmiş razılaşmaları, eləcə də Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.
"Ermənistan və Avropa İttifaqı (Aİ) arasında tərəfdaşlıq gündəliyi ilə bağlı məsələlərə toxunulub. Ermənistan və Fransa arasında strateji tərəfdaşlıq sənədi və onun imzalanma müddəti ilə bağlı ətraflı müzakirələr aparılıb", - XİN-in məlumatında qeyd edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.