RU

Lavrov ABŞ-la Ukrayna üzrə danışıqların bəzi təfərrüatlarını açıqlayıb

Moskva və Vaşinqton Kiyevin hərəkətlərini, o cümlədən kanonik Ukrayna Pravoslav Kilsəsinə qadağanı müzakirə edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna böhranı ilə bağlı keçirilən dəyirmi masada bildirib.

Lavrov Ukrayna hakimiyyətinin ABŞ-ın münaqişənin həlli kursunu pozmağa çalışdığını və Qərb ölkələrinin bu yanaşmanın həyata keçirilməsinə mane olduğunu qeyd edib.

Lavrov həmçinin BMT-ni Kiyevə mahiyyətcə haqq qazandırmaqda və onun hərəkətlərinə göz yummaqda da ittiham edib.

Избранный
48
6
apa.az

8Источники