"Benfika"nın futbolçusu Nikolas Otamendi ÇL-nin əsas mərhələsinin ilk turunda "Qarabağ"a uduzduqları (2:3) matçdan sonra jurnalistlərin suallarını cavablayıb.
"Football-plus.az" "O Jogo" nəşrinə istinadla həmin müsahibəni təqdim edir.
- "Qarabağ" kimi rəqibə uduzduz...
- Ağrılı nəticədi. Hamımız özümüzü tənqid etməliyik. Mövsüm hələ yeni başlayıb. Qarşımızda uzun yol var. Qalib gəlsək də, növbəti mərhələyə yüksələcəyimizə zəmanət verilməyəcəkdi. Çox çalışmalıyıq...
- Harda səhv etdiz?
- Fərdi cəhətdən inkişaf etməliyik. 2:0 hesabı ilə qalib gəlirsənsə və fasiləyə hələ 15 dəqiqə qalmış qol buraxırsansa, təsirli olur. Ev oyunları rəqiblərimiz üçün cəhənnəm olmalıdı. Biz inkişaf etməliyik.
- Azarkeşlər fit çaldılar və ağ dəsmal göstərdilər...
- Bunu etməyə haqları var. Biletlərin pulunu onlar ödəyib. Qalib gəlmək və yaxşı şou göstərmək üçün çox çalışmalıyıq. Burda heç kim təkbaşına qalib gəlmir. Biz qalib gələndə hamımız qalib gəlirik, çünki biz bir komandayıq.
KƏNAN BAHADIR
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта