RU

“YAŞAT” Fondu dəstək tədbirlərini davam etdirir



Şəhidimiz Sərxan Köklərov Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərin iştirakçısı olub.

O, 2023-cü ilin sentyabrın 19-da başlanan və cəmi 24 saat davam edən antiterror əməliyyatları zamanı Ağdərə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Newscenter.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamları ilə Sərxan Köklərov “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları, həmçinin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Onun üç övladı bizə yadigar qalıb.

“YAŞAT” Fondu tərəfindən fəaliyyət istiqamətləri üzrə şəhidimizin ailəsinə mütəmadi dəstək göstərilir. Fondun müxtəlif layihələri çərçivəsində onun övladlarına hədiyyələr və məktəbli ləvazimatları təqdim olunub.



Ruhiyyə Mehdiyeva
Избранный
11
11
newscenter.az

10Источники