RU

Polis Daşkəsən dağlarında narkoşəbəkənin üzvünü yaxaladı – ƏMƏLİYYAT DAVAM EDİR

Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə paytaxt və bölgələrdə fasiləsiz olaraq davam etdirilir. 

DİN-in Mətbuat xidmətindən Olaylar.az-a verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə çətin relyef şəraitində həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 31 yaşlı Zamin Məmmədov saxlanılıb.

Onun üzərindən ümumi çəkisi 12 kiloqram 150 qram tərkibi psixotrop maddələrlə zənginləşdirilən narkotik vasitə marixuana aşkarlanıb. Araşdırma zamanı onun narkotik vasitələri maddi qazanc müqabilində əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, Zamin Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də ifşa olunması istiqamətində tədbirlər davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
44
24
olaylar.az

10Источники