RU

Rusiya və Belarus hökumət başçıları ticarət-iqtisadi əməkdaşlığı müzakirə ediblər - ÖZƏL

Belarus Prezidenti Aleksandr Turçinov Rusiya Baş Naziri Mixail Mişustininlə telefon vasitəsilə ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib. Olaylar.az xəbər verir ki, bu barədə Belarus hökumətinin mətbuat xidməti məlumat yayıb. Mətbuat xidmətinin bildirdiyinə görə, tərəflər iki ölkə arasındakı aktual ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər. Həmçinin, baş nazirlər yaxın günlərdə Minskdə keçiriləcək MDB Baş Nazirlər Şurası və Avrasiya Hökumətlərarası Şurasının iclaslarına hazırlıq məsələlərini də gündəmə gətiriblər.
Qeyd edək ki, Belarus Baş Naziri əvvəlcə Rusiyanın Belarusdakı səfiri Boris Qryzlovla görüşüb. Görüş zamanı tərəflər MDB və Avrasiya İqtisadi Birliyi hökumət başçılarının iclaslarına, eləcə də 29 sentyabr - 1 oktyabr tarixlərində keçiriləcək "İnnoprom" sərgisinin hazırlıqlarına dair məsələləri müzakirə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
19
olaylar.az

1Источники