RU

Azərbaycanın strateji valyuta ehtiyatları 78 milyard dollara yaxınlaşıb

Bu ilin ilk 6 ayında Azərbaycanın strateji valyuta ehtiyatları 6,7 milyard dollar artaraq 77,7 milyard dollara çatıb.

Kommersant.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov bu gün tədiyə balansının təqdimatına həsr olunmuş brifinqdə bildirib.

"Bu da ölkənin makroiqtisadi dayanıqlığının gücləndiyini göstərir. Bu dövrdə Azərbaycanın ixrac etdiyi reallaşmış xam neftin qiyməti 70,7 ABŞ dolları olub.

Həmçinin hesabat dövründə Azərbaycan qazının ixrac olunmuş min kubmetri 301 dollar təşkil edib", - deyə AMB rəsmisi qeyd edib.

Избранный
36
kommersant.az

1Источники