Xocalı. Trend:
Media nümayəndələrinə Daşbulaq kəndində salınan tut bağındagörülən işlər barəsində məlumat verilib.
Trend-inQarabağ bürosunun xəbərinə görə, Prezidentin İzi ilə təşkil edilmişənənəvi media turda jurnalistlər Xocalı rayonunun Daşbulaq kəndindəsalınan 13 hektar ərazini əhatə edən tut bağında olublar.
Salınan tut bağında ilə tanışlıq zamanı jurnalistlərə məlumatverən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsininmüdiri Afət Telmanqızı bildirib ki, salınan tut bağına Çin XalqRespublikasından idxal olunmuş 130 min ting əkilib.
Tut bağında damcılı suvarma sistemi yaradılıb. Əlavə olaraq o daqeyd olunub ki, 2026-cı ildə 100 ton, 2030-cu ildə isə 500 ton tutyarpağının istehsalı planlaşdırılır. Proqnozlaşdırılan baramaistehsalı gələn ildən başlayaraq 5 il ərzində 60 tondur.
Bu ilin oktyabr-noyabr aylarında əlavə 150 hektar sahədə damcılısuvarma sisteminin tətbiqi və təxminən 1,5 milyon tut tingininəkilməsi, klaster modeli əsasında tut bağının salınması, ətrafdakümxanaların qurulması, ipəkqurdunun bəslənməsi, yaş baramaistehsalı, həmçinin məhsulun emal prosesinin həyata keçirilməsinəzərdə tutulur. Burada 25 nəfər daimi işlə təmin olunub. Mövsümiişlərə isə 750 nəfər cəlb ediləcək.