RU

Xocalının Daşbulaq kəndində tut bağında Çindən idxal olunmuş 130 min ting əkilib

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xocalı rayonunun Daşbulaq kəndində 13 hektar sahədə salınmış tut bağında Çin Xalq Respublikasından idxal olunmuş 130 min ting əkilib. Bağda damcılı suvarma sistemi yaradılıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu barədə jurnalistlərə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı məlumat verib.

Qeyd olunub ki, 2026-cı ildə 100 ton, 2030-cu ildə isə 500 ton tut yarpağının istehsalı planlaşdırılır. Proqnozlaşdırılan barama istehsalı gələn ildən başlayaraq 5 il ərzində 60 tondur. Bu ilin oktyabr-noyabr aylarında əlavə 150 hektar sahədə damcılı suvarma sisteminin tətbiqi və təxminən 1,5 milyon tut tinginin əkilməsi, klaster modeli əsasında tut bağının salınması, ətrafda kümxanaların qurulması, ipəkqurdunun bəslənməsi, yaş barama istehsalı, həmçinin məhsulun emal prosesinin həyata keçirilməsi nəzərdə tutulur. Burada 25 nəfər daimi işlə təmin olunub. Mövsümi işlərə isə 750 nəfər cəlb ediləcək.

Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Daşbulaq kəndində 13 hektar sahədə salınmış tut bağında olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
13
49
apa.az

10Источники