RU

Yeni sanksiyalar paketi yolda:

Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləyən Çin şirkətlərinə qarşı yeni sanksiyalar paketi hazırlayır. Metbuat.az xəbər verir ki, bu barədə nüfuzli “Politico” nəşri yazıb. Bildirilib ki, bu, Aİ-nin 19-cu sanksiyalar paketi olacaq. Məqsəd ABŞ prezidenti Donald Trampı Rusiyaya qarşı daha sərt addımlar atmağa razı salmaqdır. Tramp həftəsonu açıq şəkildə bildirmişdi ki, yalnız iki şərtlə Aİ-yə qoşulacaq: NATO ölkələri Rusiyadan bütün neft idxalını dayandırmalı və Çindən gətirilən mallara 50–100 faiz arasında yüksək tariflər tətbiq olunmalıdır. Aİ-nin mövqeyi müsbətdir Aİ diplomatları Rusiyadan qalan az miqdarda neft idxalının da dayandırılmasına və müəyyən Çin şirkətlərinin hədəfə alınmasına müsbət baxırlar. Amma ümumi tariflər tətbiqini qeyri-mümkün sayırlar. Onların fikrincə, bu, Avropa iqtisadiyyatı üçün ağır nəticələrə gətirib çıxaracaq və inflyasiyanı daha da artıracaq. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Tramp ilə telefon danışığından sonra açıqlama yayaraq yeni sanksiyaların əsasən “kripto, banklar və enerji” sahələrinə yönələcəyini bildirib. O, Çin məsələsinə toxunmayıb. Diplomatik narahatlıqlar var Bir çox Aİ rəsmiləri Trampın bu sərt şərtlərinin əslində “bəhanə” ola biləcəyindən narahatdırlar. Onların fikrincə, ABŞ prezidenti bununla Rusiyaya qarşı real addımlar atmamaq üçün məsuliyyəti NATO müttəfiqlərinin üzərinə atmağa çalışır. Hətta bəzi diplomatlar Trampın bu tələblərinin arxasında iqtisadi maraqlar da gördüklərini gizlətmirlər. Onların sözlərinə görə, Çindən idxala yüksək tariflərin tətbiqi Avropada iqtisadiyyatı zəiflədər, rus neftinin tam qadağan olunması isə ABŞ-ın Avropaya maye qaz satışını artırmasına imkan yaradardı. Litvanın energetika naziri Jıgimantas Vaiçiunas məsələni belə qiymətləndirib: “Tramp Vaşinqtonun Avropanın zəifliklərindən öz geosiyasi maraqları üçün istifadə etməyə hazır olduğunu göstərir.” Danimarka və Polşa kimi ölkələr Trampın təzyiqindən istifadə edərək hələ də Rusiyadan neft alan Slovakiya və Macarıstanın bu asılılığına son qoyulması üçün Aİ-dən daha sərt addımlar atmağı tələb edirlər. Növbəti addım ki, Avropa Komissiyası rəsmi açıqla verib. Bildirilib ki, G7 ölkələri və ABŞ ilə birlikdə sanksiyaların icrasında sıx əməkdaşlıq davam edir. Yeni paketdə Çinə qarşı sanksiyalar olsa da, onların Trampı razı salacağı hələ ki, böyük sual altında qalır.

Gülbəniz Hüseynli / Metbuat.az

Избранный
32
1
metbuat.az

2Источники