RU

Azərbaycanın xalis maliyyə aktivləri 3 milyard dollar artıb

Bu ilin 6 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 3.0 milyard dollar artıb.

Kommersant.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Bildirilib ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (0.5 milyard dollar), portfel investisiyaları (1.0 milyard dollar) və digər investisiyalar (1.5 milyard dollar) hesabına formalaşıb.

Qeyd edilib ki, hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 230.0 milyon dollar artıb ki, bu da

xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-195.8 milyon dollar), neft bonusu (450.2 milyon dollar), portfel

investisiyaları (-24.9 milyon dollar) və digər investisiyalar (0.5 milyon doar) hesabına formalaşıb.

Избранный
39
2
kommersant.az

9Источники