RU

Navalnının həyat yoldaşı: Alekseyi zəhərləyiblər...

İki müstəqil laboratoriya zəhərlənməni təsdiqləyib...

Poliqon xəbər verir ki, rusiyalı müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya ərinin zəhərləndiyini və bunun iki müstəqil laboratoriya tərəfindən təsdiqləndiyini açıqlayıb.

Yuliya Navalnaya bu barədə verdiyi bəyanatda bildirib: "2024-cü ilin fevralında biz Alekseyin bioloji materiallarını əldə edərək xaricə, Qərb ölkələrindən birinin laboratoriyasına göndərə bildik. Bir neçə ay əvvəl məlum oldu ki, nəticələr əldə edilib və iki ölkənin iki müstəqil laboratoriyası Alekseyin zəhərləndiyi qənaətinə gəlib".

O, əlavə edib ki, "siyasi səbəblərdən" ərinin hansı zəhərlə zəhərləndiyini göstərən rəsmi nəticələri əldə edə bilmir. Yuliya Navalnaya Qərb ölkələrinin hakimiyyət orqanlarından bu məlumatın açıqlanmasını tələb edib.

Xatırladaq ki, Aleksey Navalnı 2024-cü ilin fevralında Sibirdəki həbs düşərgəsində vəfat edib. Rusiya rəsmiləri onun ölüm səbəbinin "təbii" olduğunu iddia etsələr də, tərəfdarları və ailəsi onun zəhərləndiyini bildirir. Bu yeni məlumatlar Navalnının ölümü ilə bağlı sualları yenidən gündəmə gətirib və beynəlxalq ictimaiyyətdə geniş əks-səda doğurub.

Poliqon.info

Избранный
44
poliqon.info

1Источники