RU

DİM BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı üçün qeydiyyat elan edib

Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 16-da BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək. DİM-dən SİA-ya bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

BB vəzifə qrupu üzrə test imtahanı oktyabrın 16-sı saat 11:00-da elektron formada keçiriləcək. İmtahana qeydiyyat oktyabrın 2-si saat 18:00-dək aparılacaq.

Избранный
35
7
sia.az

9Источники