RU

İnsan hüquqları komitəsi 16 əsas tədbir keçirəcək

Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsi 2025-ci il payız sessiyası çərçivəsində “Konstitusiya və Suverenlik İli” ilə bağlı insan hüquqları, qanunvericilik və beynəlxalq əməkdaşlıq mövzularında 16 əsas tədbirin və 3 xüsusi tematik günə həsr olunmuş tədbirin keçirilməsi planlaşdırılıb.

Parlamentin gündəliyinə aşağıdakı əsas istiqamətlər daxil edilib:

Qanunvericilik təşəbbüsləri üzrə təqdim olunmuş qanun layihələrinin müzakirəsi (deputatlar, Prezident, Ali Məhkəmə, Prokurorluq və vətəndaş təşəbbüsləri daxil olmaqla);

“Böyük Qayıdış və reinteqrasiya” ilə bağlı dinləmələrin təşkili;

“Rəqəmsal və informasiya suverenliyi”, kibertəhlükəsizlik, süni intellekt və insan hüquqları mövzularında konfrans və dəyirmi masalar;

Vəkillik institutu, cinayət qanunvericiliyinin icrası, ədliyyə və hüquq sisteminin təkmilləşdirilməsi üzrə ictimai dinləmələr;

ANAMA ilə birgə mina terroru qurbanlarının hüquqları üzrə tədbirlər;

Qlobal insan hüquqları siyasətində böhran və beynəlxalq QHT-lərin fəaliyyəti üzrə tənqidi müzakirələr;

Azərbaycan sənayesinin problemləri və iqtisadi dinləmələrin keçirilməsi təşəbbüsləri;

Sahibkarlarla bağlı təkliflər paketi, sosial sorğular, diaspora hüquqları və ictimai institutlarla əməkdaşlıq istiqamətində təşəbbüslər.

Eyni zamanda beynəlxalq və peşə bayramları münasibətilə 3 dekabr – Beynəlxalq Əlillər Günü: “Əlillərin sosial-hüquqi müdafiəsi” mövzusunda dəyirmi masa, 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü: İnsan hüquqları ilə bağlı ümumi dəyərləndirmə tədbiri və 28 dekabr – Azərbaycanda Vəkillər Günü: Azərbaycan Vəkillər Kollegiyası ilə birgə konfrans  keçirilməsini nəzərdə tutulur:

Tədbirlər paketi 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması fonunda milli hüquqi sistemin müasirləşdirilməsi, beynəlxalq hüquqla uyğunlaşdırılması, və vətəndaş hüquqlarının təminatı məqsədi daşıyır.

Gülnar Nazimqızı 

Избранный
29
anews.az

1Источники