RU

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun 11-ci iclası keçirildi

15-17 sentyabr tarixlərində Aşqabad şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) 11-ci iclası keçirilib.

Ulusal.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

İclasda Azərbaycan (nümayəndə heyətinin rəhbəri – S.Şərifov), İran (nümayəndə heyətinin rəhbəri – K. Qarib Abadi), Qazaxıstan (nümayəndə heyətinin rəhbəri – Z.Amanjolova), Rusiya (nümayəndə heyətinin rəhbəri – N.Udoviçenko) və Türkmənistanın (nümayəndə heyətinin rəhbəri – M.Atacanov) nümayəndə heyətləri iştirak edib.

İclasa Türkmənistan nümayəndə heyətinin rəhbəri M.Atacanov sədrlik edib.

Tərəflər Xəzər dənizində düz çıxış xətlərinin metodikasının müzakirəsini davam etdiriblər. İclas zamanı Xəzər dənizində əməkdaşlığın icmalı baş tutub, beştərəfli qarşılıqlı fəaliyyət və müxtəlif səviyyələrdə tədbirlərə hazırlıq məsələləri nəzərdən keçirilib.

Nümayəndə heyətləri görüşün yüksək səviyyədə təşkilinə görə Türkmənistana minnətdarlıqlarını bildiriblər.

YSİQ-in növbəti iclası Azərbaycanda diplomatik kanallarla razılaşdırılacaq tarixlərdə keçiriləcək.

Избранный
38
13
moderator.az

10Источники