RU

"Hesabda geri düşsək də, təslim olmadıq" - Kamilo Duran

"Bu qələbəyə görə çox sevinirik. Xoşbəxtlikdən mən də qol vurmağı bacardım".

"Football-plus.az" xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Kamilo Duran Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda səfərdə "Benfika"ya qalib gəldikləri (3:2) oyundan sonra deyib.

Oyunda ilk qolun ötürməsini verən və ikinci qolun müəllif olna kolumbiyalı hücumçu UEFA-nın mətbuat xidmətinə açıqlamasında səfər qələbəsini belə şrh edib:
"Bilirdik ki, asan olmayacaq, amma səylə çalışdıq və üç xal qazandıq. Oyuna bir az diqqətsiz başladıq, 0:2 geridə idik, amma təslim olmadıq. Daim irəli getməyə çalışdıq və istədiyimizə qələbə ilə nail olduq".
Xatırladaq ki, "Qarabağ" Kamilo Duranı bu yay Portuqaliyanın 2-ci liqa təmsilçisi “Portimonense”dən transfer edib.
Избранный
40
3
football-plus.az

4Источники