RU

Rusiya güləşçisi ölkədən QOVULDU - Etiraz məktubu GÖNDƏRİLDİ

Ajans.az xəbər verir ki Xorvatiya hakimiyyəti Yunan-Roma güləşi üzrə Rusiya yığmasının heyətində dünya çempionatında iştirak etmək üçün Zaqrebdə olan Emin Seferşayevi ölkədən çıxarıb. Bu barədə TASS-a Rusiya milli komandasının qərargahından məlumat verilib. Qeyd olunur ki, Seferşayev avqust ayının sonunda aldığı viza əsasında Xorvatiyaya qanuni şəkildə daxil olub, oteldə yerləşib. Daha sonra isə hüquq-mühafizə orqanlarının əməkdaşları onun yanına gələrək vizanın etibarsız olduğunu bildiriblər. “Polislər Seferşayevi bölməyə apardılar, oradan isə o, Yejova şəhərinə — köçkünlər üçün nəzərdə tutulmuş düşərgəyə aparılmalı idi. Avropa çempionu olan Seferşayev orada deportasiyanı gözləməli idi”, — deyə milli komandanın qərargahından bildirilib. Situasiyaya Rusiya Güləş Federasiyasının rəhbəri Mixail Mamyashvili və Birləşmiş Dünya Güləş Təşkilatının (UWW) prezidenti Nenad Laloviç müdaxilə ediblər. Onlar Seferşayevi Serbiyaya göndərmək barədə razılıq əldə ediblər. Oradan isə o, Rusiyaya geri qayıdacaq. Daha sonra UWW rusiyalı güləşçi ilə bağlı vəziyyətə görə Xorvatiya Daxili İşlər Nazirliyinə etiraz məktubu göndərib.

12 sentyabr tarixində sərbəst güləş üzrə Rusiya millisinin üzvləri — Zaurbek Sidakov, Əhməd Usmanov və Abdulla Qurbanovun da Zaqrebdə keçirilən dünya çempionatına gəlmələrinə baxmayaraq, uzun müddət Xorvatiya paytaxtının hava limanından buraxılmadıqları məlum olub. Mamyashvili bildirib ki, idmançıların bütün lazımi sənədləri qaydasındadır və baş verənləri qəbul edən tərəfin Rusiya komandasına qarşı nümayişkaranə münasibəti kimi qiymətləndirib.

Избранный
21
Ajans.az

1Источники