RU

Qadın ərinə görə qonağı öldürdü

Ajans.az yerli mediaya istinadla bildirir ki, Nijniy Saldada yaşayan qadın həyat yoldaşı ilə mübahisə edən kişini bıçaqlayıb. Qeyd olunub ki, Yeni il bayramları vaxtı evdə Tatyananın əri ilə bir kişi spirtli içki içiblər. Bir müddət sonra kişilər eyvana çıxaraq söhbət etməyə gediblər və aralarında mübahisə yaranıb. Məhkəmənin məlumatına görə, bundan sonra qadın qisas almağa qərar verib və digər kişiyə ölümcül bıçaq zərbəsi endirib. Yaralanan şəxs hadisə yerində dünyasını dəyişib. Sverdlovsk vilayətindən olan qadın özünü təqsirli bilmədiyini açıqlayıb. Məhkəmədə o bildirib ki, qətli əslində onun həyat yoldaşı törədib və ondan günahı öz üzərinə götürməyi xahiş edib.

Məhkəmə qadına ümumi rejimli həbsxanada 9 il azadlıqdan məhrumetmə cəzası verib. Bundan əlavə, onun mərhumun qardaşına mənəvi zərərin və dəfn xərclərinin ödəməsi qərara alınıb. Hökm hələ qanuni qüvvəyə minməyib.

Избранный
40
1
Ajans.az

2Источники