RU

"Uşaq vaxtı oyunlara baxmaq üçün gəldiyim stadionda qol vurmaq fərqli hissdir"

Oyunun əvvəli asan keçmədi. Amma biz uğur qazanacağımıza inanırdıq. Nəticədə geridönüş etdik.

"Unikal" xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Leandro Andrade UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Portuqaliyada “Benfika”ya 3:2 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

Azərbaycan çempionunun ilk qolunun müəllifi olan yarımmüdafiəçi matçla bağlı fikirlərini bölüşüb: “Benfika” ilə görüşün maraqlı təcrübə olacağını bilirdim, amma nəticə bu günü bizim üçün daha gözəl etdi. Uşaq vaxtı oyunlara baxmaq üçün gəldiyim stadionda qol vurmaq fərqli hissdir. Hər gün bu haqda düşünməyə çalışırdım. Çətin görünsə də, hər şeyin mümkün olduğuna inanmalısan”.

O, qələbənin sirrini də açıqlayıb: “Çətin oyun oldu. “Benfika”nın çox güclü heyəti var. Bu uğura nail olmaq üçün necə mübarizə apardığımızı yaxşı bilirik. Futbolda 2:0 hesabı çox təhlükəli nəticədir. Çünki rəqib fərqi minimuma endirəndə bu, özünüzə inamınızı tamamilə məhv edir. Və belə də oldu. Biz hər matçda möhkəm dayanıb uğur qazanmaq istəyirik. Bu stadionu xal qazana biləcəyimizə inanaraq gəlmişdik”.

Избранный
34
50
unikal.az

10Источники