RU

Tacirlə Xatirə arasında qalmaqal böyüyür: Müğənni dedi ki, atası ölüb

Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Müğənni Xatirə İslamla həmkarı Tacir Şahmalıoğlunun arasında baş verən qalmaqal böyüyür.

Tacir Şahmalıoğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, Xatirə İslamın atasının ölümü ilə bağlı yalan məlumatı ona müğənnilərdən biri deyib:

"Onun atası ilə bağlı məlumatsızam. Müğənnilərdən biri mənə dedi ki, Xatirə İslamın atası rəhmətə gedib. Mən də ona inanmışam. Sən demə səhv edibmiş. Mən də həmin müğənniyə inanıb, yalnış fikir söyləmişəm". 

Tacir Şahmalıoğlu Xatirə İslamın onun tələbəsi olduğunu bildirib:

"Bir az dözümsüzlük göstərdi. Əgər Xatirə yanımda 4-5 il qalsaydı, sənəti daha dərindən öyrənəcəkdi. 5-6 aya mahnı öyrədilmir. Xatirə əvvəl mənim yanıma gəlib, sənəti öyrənmək istədi. 4-5 aydan sonra isə xanəndə İslam Rzayevin yanına getdi, ondan öyrənmək istədi. Sənəti dərindən öyrənmək üçün uzun yol lazımdır".

Qeyd edək ki, müğənni Tacir Şahmalıoğlu çıxışının birində Xatirə İslamın atasının ünvanına "rəhmətlik atası əlindən tutub yanıma gətirib" ifadəsini işlədib. Bu isə qarşı tərəfi özündən çıxarıb. Xatirə İslam "Atam dünyanı dağıdır ki, mən ölməmişəm. O, vəfat etməyib, sağdır", deyə müğənni bildirib. 

Bahar Rüstəmli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
36
2
qaynarinfo.az

4Источники