RU

İstanbulda TEKNOFEST başladı

Türkiyənin ən böyük texnologiya və innovasiya festivalı olan TEKNOFEST bu gün İstanbulda öz qapılarını ziyarətçilərin üzünə açıb.

Redaktor.az xəbər verir ki, Atatürk Hava Limanında keçirilən festival 17-21 sentyabr tarixlərini əhatə edəcək.

Türkiyənin Sənaye və Texnologiya Nazirliyi ilə Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi) birgə təşkilatçılığı ilə baş tutan tədbir çərçivəsində hərbi və mülki aviasiya nümayişləri, eləcə də startap layihələri, robot texnologiyaları, ağıllı şəhərlər və digər innovativ məhsullar ziyarətçilərə təqdim olunacaq.

Festivalda bu il rekord sayda iştirakçı qeydiyyatdan keçib – 565 min komanda və 1 milyon 100 min nəfər müxtəlif yarışlarda öz layihələrini təqdim edəcək. Müsabiqələrdə qalib gələn komandalar ümumilikdə 65 milyon TL mükafat və 85 milyon TL-dən çox maddi dəstək qazanacaq.

TEKNOFEST çərçivəsində SOLOTÜRK və Türk Yıldızları kimi hərbi aviasiya qruplarının hava nümayişləri, müxtəlif elmi şoular, uşaq və gənclər üçün nəzərdə tutulmuş interaktiv zonalar təşkil olunacaq.

Festivalın ziyarəti pulsuzdur, lakin onlayn qeydiyyat tələb olunur. Tədbir hər gün saat 09:00-dan 19:00-a qədər açıq olacaq.

Qeyd edək ki, TEKNOFEST-in əsas məqsədi gənclərin elm və texnologiyaya marağını artırmaq, Türkiyənin “Milli Texnologiya Hərəkatı”na dəstək verməkdir.

Избранный
32
4
redaktor.az

5Источники