RU

Tokio rəhbərliyi Fələstini tanımayacaq KİV

ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Sentyabrın 22-də keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının iclasında Fransa, İngiltərə, Avstraliya və Kanada da daxil olmaqla bir çox ölkə Fələstini dövlət olaraq tanımağa hazırlaşır.  Bunun fonunda Yaponiya hökuməti isə Fələstinin dövlət olaraq tanımayacağını ifadə edib. 

"Unikal" xəbər verir ki, bu barədə Yaponiya mətbuatı yazıb. 

Hökumət mənbələrinə istinadən dərc olunan məlumatda qeyd olunur ki, Yaponiya ABŞ ilə əlaqələrini qorumaq və İsrailin mövqeyini sərtləşdirməsinin qarşısını almaq üçün Fələstin dövlətini hələlik tanımayacaq. 

Bu səbəbdən Yaponiyanın Baş naziri Şiqeru İşibanın BMT Baş Assambleyasında keçiriləcək müvafiq toplantıya qatılmayacaq. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
36
2
unikal.az

3Источники