"Bu manevrlər Hindistan və ABŞ arasında möhkəm müdafiə əlaqələrini bir daha təsdiqlədi. 'Yudh Abhyas-2025' iki ölkə arasında hərtərəfli qlobal strateji tərəfdaşlıq əsasında inkişaf edən hərbi əməkdaşlığı nümayiş etdirdi", - səfirliyin açıqlamasında vurğulanır. 21-ci dəfə keçirilən illik təlimlərin əsas məqsədi Hindistan və ABŞ ordularının qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq və BMT-nin sülhməramlı əməliyyatlarına hazırlığı yoxlamaq olub. Təlimlərdə Hindistan ordusunun 450 hərbçisi iştirak edib. Onlar ABŞ Silahlı Qüvvələrinin 11-ci hava-desant diviziyasının "Arktik canavarlar" adlı taktiki qrupu ilə birlikdə yüksək dağlıq ərazilərdə fəaliyyət, artilleriya, aviasiya və radioelektron mübarizə sistemlərinin kompleks tətbiqi, vertolyotlardan desant əməliyyatları və pilotsuz uçuş aparatlarına qarşı mübarizə üzrə tapşırıqları icra ediblər.
Qeyd edək ki, bu, 2025-ci ildə Hindistan və ABŞ ordularının keçirdiyi ikinci birgə təlimdir. Aprel ayında hər iki ölkənin hərbçiləri Hindistanın Duvvada poliqonunda "Tiger Triumph-2025" təlimlərini həyata keçirmişdilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31