RU

Zelenski heç bir şərt olmadan Putinlə görüşməyə hazırdır

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampla heç bir ilkin şərt olmadan görüşməyə hazır olduğunu təsdiqləyib. Lakin o, danışıqların Moskvada aparılmasına qarşıdır...

Poliqon xəbər verir ki, prezident bu barədə Sky News-a müsahibəsində danışıb.

"Mən heç bir şərt olmadan həm ikitərəfli, həm də üçtərəfli formatda iştirak etməyə hazır olduğumu təsdiqlədim. Prezident Tramp və Putinlə görüşməyə hazıram", deyə Zelenski qeyd edib.

Moskvaya gəlməyə hazır olması barədə suala Ukrayna prezidenti mənfi cavab verib. Onun sözlərinə görə, Ukraynaya hücum edən ölkənin paytaxtına getməyə hazırlaşmır.

Bundan əvvəl Vladimir Putin Moskvada Zelenski ilə danışıqlar aparmağı təklif edib. Ukrayna prezidenti qeyd edib ki, Putin Ukrayna nümayəndə heyətinin ora getməyəcəyini bildiyi üçün konkret olaraq bu şəhər haqqında danışır.

Sentyabrın 12-də Donald Tramp Rusiya prezidentinin münaqişəyə son qoymaq istəyini və hazırlığını şübhə altına alıb. O, xəbərdarlıq edib ki, Ukrayna münaqişəsinin nizamlanmasında irəliləyiş olmazsa, ABŞ Rusiya iqtisadiyyatına "sanksiya zərbəsi" vuracaq. Yeni tədbirlər paketinə banklara, neft sektoruna və üçüncü ölkələrlə ticarətə təzyiqlər daxildir.

Poliqon.info

Избранный
61
poliqon.info

1Источники