RU

Bu qurumlara yeni səlahiyyət veriləcək

Uyğunluğu qiymətləndirən qurumların əhatə dairəsi genişləndirilir.

Publika.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Standartlaşdırma haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, səriştəlilik sınaqlarının təşkili üzrə təminatçıların, validasiya orqanlarının və verifikasiya orqanlarının uyğunluğu qiymətləndirən qurumlar sırasına daxil edilməsi təmin ediləcək.

Bununla əlaqədar qanuna yeni anlayışlar əlavə ediləcək:

səriştəlilik sınağı – nəticələrini təqdim edən şəxslərin fəaliyyətinin laboratoriyalararası müqayisələr vasitəsilə qiymətləndirilməsi prosesi;

Избранный
26
6
publika.az

10Источники