RU

Millət vəkili Elçin Mirzəbəyli: “Türk dövlətlərinin birliyi qlobal siyasətdə mühüm güc mərkəzinə çevrilir”

QHT.az xəbər verir ki, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin yekun tədbirində Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Əməkdar jurnalist Elçin Mirzəbəyli çıxış edib.

Millət vəkili bildirib ki, tədbirin Azərbaycan Respublikasının müstəqilliyinin bərpası günü ərəfəsində keçirilməsi xüsusi rəmzi məna daşıyır. Onun sözlərinə görə, bu gün Türk dövlətlərinin birliyi yalnız regional deyil, həm də qlobal siyasətdə mühüm güc mərkəzinə çevrilməkdədir:

"2009-cu ildə əsası qoyulan Türk Dövlətləri Təşkilatı artıq bu gün qardaş xalqlar arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da güclənməsində mühüm rol oynayır. Türk dünyasının birliyi həm dövlətlərimizin inkişafına, həm də xalqlarımızın gələcəyinə xidmət edir. Bu istiqamətdə atılan hər bir addım ortaq dəyərlərimizin möhkəmlənməsinə və türk ailəsinin güclənməsinə töhfə verir.”

Deputat həmçinin medianın və sosial şəbəkələrin bu birliyin təbliğində xüsusi rol oynadığını qeyd edib:

“Türk dövlətlərinin ortaq media platformalarının yaradılması, sosial şəbəkələrdə birgə fəaliyyətin gücləndirilməsi olduqca vacibdir. Peşəkar media məhsullarının istehsalı və qarşılıqlı informasiya mübadiləsi Türk dünyasının qlobal informasiya məkanında mövqelərinin möhkəmlənməsinə xidmət edir. Bu istiqamətdə qeyri-hökumət təşkilatlarının təşəbbüsləri də yüksək qiymətləndirilməlidir. Türk dövlətlərinin mədəni, tarixi və mənəvi dəyərlərinin gənc nəsillərə ötürülməsi, yeni texnologiyaların tətbiqi ilə müasir formatda təqdim edilməsi mühüm vəzifələrdən biridir. Ortaq layihələr, ədəbi və tarixi irsin təbliği gələcək nəsillərin birliyini daha da gücləndirəcək.”

 

Pərvanə Fərhadqızı

Избранный
62
qht.az

1Источники