RU

"Windows 10" dövrü sona çatır: "Microsoft" son tarixi elan etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Microsoft" şirkəti rəsmi olaraq açıqlayıb ki, "Windows 10" əməliyyat sisteminin dəstəyi 14 oktyabr 2025-ci ildən etibarən dayandırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi saytında yerləşdirilən bildirişdə əksini tapıb.
Qeyd olunur ki, "Windows 10"un "22H2" versiyasına daxil olan bütün buraxılışların - "Home", "Pro", "Enterprise", "Education" və "IoT Enterprise" - xidmət müddəti başa çatacaq. Oktyabr ayında təqdim ediləcək aylıq yeniləmə bu versiyalar üçün sonuncu olacaq.
Həmin tarixdən sonra "Windows 10" istifadəçiləri təhlükəsizlik üzrə aylıq yeniləmələrdən məhrum qalacaqlar.
Избранный
60
3
oxu.az

4Источники