RU

12 günlük müharibədə İrandakı rejim nə hakimiyyəti, nə ölkəni, nə də milləti müdafiə edə bilmədi Video

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

“İran İslam Cümhuriyyəti və onların siyasəti nəticəsində ölkə əhalisi çox çətin bir vəziyyətdədir. İyun ayında İran və İsrail arasında olan 12 günlük müharibə zamanı İran göstərdi ki, nə hakimiyyəti, nə ölkəni, nə də milləti müdafiə edə bilmir. Molla rejimi 47 il ərzində özünü dünyada super güc kimi tanıtdırırdı. Deyirdi ki, "İsrail İrana tərs baxsa, Tel-Əviv şəhərini bir gündə külə çevirər". Amma heç bir iş görə bilmədi. Bütün komandanları əldən getdi. Hava qüvvəsi yox idi. Həm komandanları, həm də nüvə alimləri İsrail tərəfindən öldürüldü. Bu gün millət elə vəziyyətdədir ki, bir yol tapıb bu hakimiyyəti dəyişməyə məcburdur. Hökümət özü uzaqlaşan deyil. Çünki özlərini "Allahın nümayəndəsi" bilirlər”.

Bu barədə Bizimyol.info xəbər portalına güneyli şərhçi Maşallah Rəzmi danışıb.

Maşallah Rəzmi

“Deyirlər ki, "Biz Allahın nümayəndəsiyik. Ölən ölsün, qalan qalsın. Biz İran İslam Cümhuriyyətini saxlayacaq və siyasətimizi davam etdirəcəyik". Müharibədən sonra müxtəlif bəyanatlar yayılır. İstəyirlər ki, konstitusiya və yeni qanunlar yazılsın. İndiki hakimiyyət müharibə olmasını istəmirsə, çalışmalıdır ki, həm daxili, həm xarici siyasətini dəyişdirsin”-deyən Maşallah Rəzmi bildirib ki, Əli Xamenei və ətrafında olan qüvvələrin mövqeyi elə formalaşıb ki, onlar daxili və xarici siysətlərini dəyişməzlər.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
icma.az

1Источники