1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-nin Prezidenti Donald Trampa təşəkkür edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı İlham Əliyev sosial şəbəkədə paylaşım edib.
"Hörmətli Donald Tramp, "Truth Social" hesabınızda söylədiyiniz xoş sözlərə görə təşəkkür edirəm. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsində və tarixi Vaşinqton Sammitinə ev sahibliyi etməyinizdə oynadığınız mühüm rolu dərindən qiymətləndirirəm. Siz Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında əbədi dostluğun və formalaşmaqda olan strateji tərəfdaşlığın memarısınız. Dostluğumuzu çox yüksək dəyərləndirirəm", - Azərbaycan Prezidenti yazıb.
Thank you, President Donald Trump, for your kind words on your TruthSocial account. I deeply appreciate your important role in advancing the peace process between Azerbaijan and Armenia and in hosting the historic Washington Summit. You are the architect of the eternal friendship… pic.twitter.com/X4AFvUmXMi
— Ilham Aliyev (@presidentaz) September 17, 2025