RU

Azərbaycanın tədiyə balansındakı kəsr ilk yarımildə azalıb

2025-ci ilin 6 ayında Azərbaycanın tədiyə balansındakı kəsrin həcmi ilin ilk rübündəki 413 mln. $-dan azalaraq 274.9 mln. $-a düşüb.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilir.

“Azərbaycanın tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin dəyişkənliyindən təsirlənib”- deyə, AMB bildirir.

Bu dövrdə cari əməliyyatlar balansında 2.3 mlrd.$ həcmində profisit formalaşmış, kapital və maliyyənin hərəkəti balansı üzrə xalis xarici maliyyə aktivləri 3.0 mlrd.$, xalis maliyyə öhdəlikləri isə 0.2 mlrd.$ artmışdır.

2025-ci ilin 6 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 2.3 mlrd.$ və ya ÜDM-in 6.3%- ni təşkil etmişdir (2024-cü ilin 6 ayı üzrə 2.6 mlrd.$ profisit olmuşdur). Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilin müvafiq dövrünə nəzərən 5.5% artaraq 7.3 mlrd.$, qeyrineft-qaz sektoru üzrə CƏB-in kəsiri isə 15.9% artaraq 5.0 mlrd.$ məbləğində olmuşdur.

Hesabat dövründə cari əməliyyatlar balansının profisitinin ÜDM-ə nisbəti 6.3% təşkil etmişdir ki, bu da makroiqtisadi sabitlik baxımından müsbət haldır.

Dövr ərzində ölkənin ehtiyat aktivlərinin reallaşmış hissəsi təqribən 0.3 mlrd.$ azalmışdır. Bununla belə, ölkənin strateji valyuta aktivləri dövrün sonuna 6.7 mlrd.$ artaraq 77.7 mlrd.$-a çatmışdır ki, bu da ölkənin makroiqtisadi dayanıqlılığının daha da gücləndiyini göstərir.

Bu dövrdə xam neftin orta qiyməti 70.7 $/barel olub.

Избранный
9
1
banker.az

2Источники