RU

İranın gizli maliyyə şəbəkəsi ifşa edildi – ABŞ sanksiyaları gücləndirir

ABŞ administrasiyası Honq-Konq və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən 10-dan çox şəxs və qurumu İran ordusunu maliyyələşdirməkdə ittiham edərək sanksiya siyahısına daxil edib.

Turkustan.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) tərəfindən yayılan açıqlamada, sanksiyaya məruz qalan bu şəxslərin və qurumların İran İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinə və İran Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Logistikasına (MODAFL) maliyyə dəstəyi verdiyi bildirilib.

OFAC-ın məlumatına görə, sanksiya hədəfləri İrandan neft transferlərinin yenidən koordinasiyası, beynəlxalq maliyyə sistemindən sui-istifadə və sanksiyalardan yayınmaq məqsədilə kölgə bankçılıq şəbəkələrindən istifadə ilə məşğul olublar. Həmçinin, bu fəaliyyətlər zamanı offşor şirkətlər və kriptovalyutadan istifadə etməklə çirkli pulların yuyulmasına yol verildiyi vurğulanıb.

ABŞ Maliyyə Nazirliyinin Terrorizm və Maliyyə Kəşfiyyatı üzrə müşaviri Con Hurley bildirib:

“İran qurumları sanksiyalardan yayınmaq və milyonlarla dolları beynəlxalq maliyyə sistemi vasitəsilə köçürmək üçün kölgə bankçılıq şəbəkələrinə arxalanırlar.”

Hurley əlavə edib ki, ABŞ, İranın silah proqramlarını və Yaxın Şərqdəki sabitliyi pozan fəaliyyətlərini maliyyələşdirən bu maliyyə axınını kəsmək üçün tədbirlərini davam etdirəcək.

Aytən Yaşar/ Turkustan.az

Избранный
36
1
turkustan.az

2Источники