Avropa Parlamentinin Prezidenti Roberta Metsola bu gün Kiyevə səfər edib.
Modern.az xəbər verir ki, bu barədə Metsola "X"-dəki paylaşımında bildirib.
Deputat Aleksey Qonçarenko da Metsolanın Ukrayna paytaxtına gəldiyini "Telegram" kanalında təsdiqləyib.
O əlavə edib ki, Metsolanın Ali Radada çıxışı planlaşdırılır.