RU

Rusiya XİN Alyaska sammitindən sonra sülh yolunda “problemlər”in olduğunu bildirir

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Xarici İşlər Nazirliyi Alyaska sammitindən sonra sülh yolu ilə nizamlanmada “problemlər” olduğunu açıqlayıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Moskva ilə Vaşinqton arasında dialoq davam etdiyini bildirib.

“Onlarla tam təmasdayıq, müxtəlif xətlərlə dialoq davam edir. Biz əmin olmalıyıq ki, liderlərin Ankoric görüşündən sonra əldə etdiyi güclü təkan real razılaşmalara çevrilsin. Bu, problemdir, çünki Ankoricdən bir aydan çox vaxt keçib və elə bir gün olmayıb ki, sülhə doğru hərəkatın əleyhdarları və müharibənin son ukraynalıya qədər davam etdirilməsi tərəfdarları bu razılaşmaların məqsədyönlü, koordinasiyalı təxribatı ilə məşğul olmasın”, - nazir müavini qeyd edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
46
1
apa.az

2Источники