RU

Paşinyanın növbəti hiyləsi: “Qarabağ binası” niyə ləğv olunmur?

2023-cü ildə Qarabağdan Ermənistana qaçan separatçıların qalıqlarının İrəvanda toplaşdığı qondarma “artsax nümayəndəliyi” binası ilə bağlı məhkəmə prosesi başlayıb.

Turkustan.az
xəbər verir ki, qondarma “nümayəndəliyin” binası ilə bağlı məhkəmə iclası 2026-cı ilin may ayına təyin edilib.

Bu ilin 15 iyul tarixində Ermənistan Baş Prokurorluğu “nümayəndəliyin” binasının mülkiyyət hüquqlarının etibarsızlığı ilə bağlı İnzibati Məhkəməyə müraciət etmişdi. Avqustun 5-də isə separatçıların “vəkili” Roman Yeritsyan İrəvan şəhər məhkəməsində Ermənistan Respublikasına, konkret olaraq, Dövlət əmlakının idarə edilməsi komitəsinə qarşı iddia qaldırıb.

Hazırda Ermənistan hökuməti ilə separatçılar arasında “nümayəndəlik binası” ətrafında mübarizə gedir. Sözgedən bina 1997-ci ildə Robert Koçaryanın (həmin vaxt baş nazir idi) qərarı ilə separatçılara bağışlanıb.

“Hraparak” nəşri iddia edir ki, Paşinyan hakimiyyəti “nümayəndəlik” binasının ləğv edilməsi ilə bağlı qərar verməkdə tələsmir.

“Gözlənilir ki, bu bina Bakı ilə danışıqlarda “güzəşt” kimi ləğv edilsin”, - nəşr iddia edir.

Qarabağ münaqişəsi başa çatıb. ATƏT-in Minsk qrupunun ləğvindən sonra bu məsələ beynəlxalq müstəvidə də bağlandı. Buna baxmayaraq, separatçıların İrəvanda “nümayəndəliyinin” hələ də qalması, ümumiyyətlə onların Qarabağ adı altında fəaliyyət göstərməsi sülh prosesinə mənfi təsir edir./publika.az

Избранный
10
2
turkustan.az

3Источники