RU

“Benfika” Joze Mourinyo ilə razılığa gəldi – KİV


Türkiyənin Superliqa nəhəngi “Fənərbağça”dan ayrılan portuqaliyalı baş məşqçi Joze Mourinyo “Benfika” ilə razılığa gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “CNN Portuqaliya” telekanalı məlumat yayıb.
Məlumata görə, “Qarabağ”a 3:2 hesabı ilə məğlub olduqdan sonra Bruno Lajla yollarını ayıran klub rəhbərliyi Joze Mourinyonu baş məşqçi təyin etmək qərarına gəlib.
Telekanalın məlumatına görə, “Benfika”nın prezidenti Rui Kosta gecə saatlarında baş tutan görüşdə Mourinyo ilə ilkin razılıq əldə edib.
Veteran məşqçinin bu təklifi qəbul etdiyi bildirilir.
Portuqaliya klubu yaxın vaxtlarda rəsmi açıqlamanın vercək və təcrübəli mütəxəssilə rəsmi müqavilə imzalayacaq.
Избранный
18
2
yeniavaz.com

3Источники