Bakı. Trend:
Bu ilin ilk 6 ayında xidmətlər balansında təxminən 1 milyarddollarlıq kəsir yaranıb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən5,7% azdır.
Trend xəbərverir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistikadepartamentinin direktoru Samir Nəsirov bu gün tədiyə balansınıntəqdimatına həsr olunmuş brifinqdə bildirib.
Onun sözlərinə görə, kəsiri şərtləndirən əsas amil neft-qazsektorunda tikinti və digər işgüzar xidmətlərlə bağlı olub: "Lakinsevindirici hal odur ki, artıq nəqliyyat xidmətləri daimiprofisitlə formalaşır. Bu dövrdə nəqliyyat xidmətlərinin profisiti856 milyon dollar təşkil edib. Nəqliyyat xidmətləri dedikdə biz,əsasən, həm Bakı-Tbilisi-Ceyhan (BTC), həm də Cənubi Qafqaz BoruKəməri (CQBK) ilə tranzit, həm də sərnişin daşımalarındanqazanılmış gəlirləri nəzərdə tuturuq".
"Turizm xidmətləri də profisitlidir. Bu dövrdə turizmxidmətlərinin profisiti təxminən 194 milyon dollar təşkil edib", -deyə S. Nəsirov əlavə edib.