RU

ABŞ senatorları Meta-dan hesabat tələb edir

Bir qrup ABŞ senatoru "Meta"dan məhsullarının uşaqlara necə təsir etdiyinə dair daxili qiymətləndirmələr verməsini tələb edib...

Poliqon Reuters-ə istinadən xəbər verir ki, qanunvericilər həmçinin valideyn nəzarəti sistemlərinin effektivliyi haqqında məlumat istəyirlər.

Şirkətə məktubu Demokratlar və Respublikaçılar partiyasından olan 10 senator göndərib. "Valideyn nəzarəti geniş yayılmış təhdidlərlə bağlı problemlərin həllinə çevrilmək əvəzinə (şirkətin digər platformalarından) valideynlərə və Konqresə təqdim edildiyi kimi, səmərəsiz oldu və tam həcmdə istifadə edilmir", deyə senatorlar yazıblar.

Məktub bu mövzuda Senatın iclasından bir həftə sonra göndərilib. Orada şirkətin keçmiş təhlükəsizlik işçiləri ifadə veriblər ki, "Meta" rəhbərliyinin virtual məhsullarının yetkinlik yaşına çatmayan istifadəçilərinin cinsi xarakterli materiallara məruz qalmasından xəbərdar olduğunu aşkar edən daxili araşdırmanı bloklayıb.

Avqust ayında Reuters aşkar etdi ki, şirkət chatbotlarına "uşaqları romantik və ya həssas mövzular haqqında söhbətlərə cəlb etməyə" icazə verdi. Bundan sonra ABŞ-ın iki respublikaçı senatoru araşdırmaya çağırıb. Elə həmin ay Texas baş prokuroru şirkəti uşaqların etibarından sui-istifadə etməkdə ittiham edib.

Poliqon.info

 

Избранный
109
poliqon.info

1Источники