RU

Baş məşqçini istefaya göndərdilər - “Qarabağ”a məğlubiyyətdən sonra

“Benfika” baş məşqçi Bruno Lage ilə yolları ayırıb.

Sportinfo.az"A Bola" nəşrinə istinadən xəbər verir ki, bunu Portuqaliya klubunun prezidenti Ruy Koşta Çempionlar Liqasında “Qarabağ”a məğlubiyyətdən sonra bildirib. Lage ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Bu gün Bruno Lage ilə "Benfika"nı tərk etmək barədə razılığa gəldik. Mən ona klubumuz üçün etdiyi hər şeyə görə təşəkkür edirəm, amma inanırıq ki, dəyişiklik vaxtıdır" - deyə Ruy Koşta bildirib.

"Benfika"da baş məşqçi vəzifiəsinə əsas namizəd portuqaliyalı mütəxəssis Joze Mourinyo göstərilir. Onunla bu gün rəsmi danışıqlara başlanacağı bildirilib.

“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda ötən gecə "Benfika"nı səfərdə 3:2 hesabı ilə məğlub edib.

Избранный
58
sportinfo.az

1Источники