RU

“Hökumət Evi” bağlandı

Bu gündən etibarən “Hökumət Evi”ndə yerləşən dövlət qurumlarının əməkdaşları 5 gün müddətində işləməyəcəklər. Pravda.az “PostMedia”ya istinadən xəbər verir ki, buna səbəb Hökumət Evinin yerləşdiyi ərazidə “Formula 1” üzrə Azərbaycan Qran-prisinin keçirilməsidir.

 

Bu müddət ərzində onların fəaliyyətlərini onlayn şəkildə davam etdirə biləcəkləri bildirilib. İşçilərin 22 sentyabrdan etibarən yenidən işə qayıdacaqları qeyd edilir. Həmin tarixə qədər isə “Hökumət Evi”nə giriş qadağan olunacaq.

 

Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 19-dan 21-dək keçiriləcək. Hökumət Evi yarışların keçirildiyi əsas zonada yerləşir. Qran-pri həmin binanın qarşısından start götürəcək.

 

Xatırladaq ki, “Hökumət Evi”ndə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), İqtisadiyyat Nazirliyinin bəzi strukturları, Energetika Nazirliyi, Mədəniyyət Nazirliyi, Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSea) tabeliyində olan Regional Su Meliorasiya Xidməti (keçmiş Meliorasiya və Su Təsərrüfatı ASC” yerləşir.

Tarix: 17 Sentyabr 2025, 10:59   
Избранный
27
3
pravda.az

4Источники