RU

AMB: Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2,3 milyarddollar təşkil edib

BAKI, 17 sentyabr. TELEQRAF

Bu ilin birinci yarısında Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2,3 milyard dollar təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə AMB-nin statistika departamentinin direktoru Samir Nəsirov Tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə bildirib.

Cari əməliyyatlar balansında ÜDM-in 6,3%-i həcmində müsbət saldo formalaşıb ki, bu da ölkənin makroiqtisadi sabitliyi baxımından müsbət nəticə kimi dəyərləndirilir", - deyə o bildirib.

Избранный
73
teleqraf.com

1Источники