RU

Şəhəri kəndə aparmasaq, 10 ildən sonra kəndlərdə həyat tamamilə dayanacaq Deputat

ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

“Vətəndaşlarımızın çoxu Bakıya üz tutur. Bunun da bəzi səbəbləri var və biz o problemləri aradan qaldırmalıyıq. Azərbaycan yalnız Bakıdan ibarət deyil”.Ölkə.az  xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.“Kənd yerlərindəki həyatı maraqlı etməli, şəhəri kəndə aparmalıyıq. Bu, ciddi bir məsələdir. Biz əgər həyəcan təbili çalmasaq, növbəti 10 ildən sonra kəndlərdə həyatın tamamilə dayandığını görəcəyik. Bu da yaxşı hal deyil”, - deyə deputat bildirib.Deputat qeyd edib ki, keçmiş məcburi köçkünlər öz torpaqlarına qayıdır: "Dövlət nə mümkündürsə, edir. Amma gəlin açıq danışaq, 20-30 il bundan əvvəlki məcburi köçkünün yaşadığı həyat tərzinə sonrakı dövrdə yaşadığı həyat tərzi üst-üstə düşürmü? Yəni, şəhərdə yaşayıb, böyüyüb və indi müasir dövrün tələblərinə cavab verən yerlərə qayıdır. Amma kənd həyatı onu qane etmir. Ona görə bu problemi də həll etməliyik. Biz məcburi köçkünü məcbur etməmiliyik ki, get orda yaşa. Əgər yaşayırsa, onu o həyat tərzinə alışdırmalıyıq”.

 Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
35
1
olke.az

2Источники