RU

Aİ Rusiyaya qarşı “dron əleyhinə divar” yaratmaq üçün Ukrayna texnologiyasına üz tutur

Avropa İttifaqı Rusiyanın pilotsuz uçuş aparatlarının (PUA) NATO məkanına son hücumlarından sonra müdafiəni gücləndirmək üçün yeni addım atır. Financial Times yazır ki, Brüssel üzv ölkələri Ukraynada döyüş şəraitində sınaqdan çıxmış sistemləri birgə almağa və “dron əleyhinə divar” qurmağa çağırıb. Layihəyə milyardlarla avro vəsaitin ayrılması planlaşdırılır.

Məsələ ilə bağlı Aİ rəsmiləri bildiriblər ki, Rusiyanın hava hücumlarının dəf olunması NATO-nun bahalı texnologiyalara əsaslanmasına baxmayaraq, nisbətən ucuz dronlar qarşısında zəiflikləri üzə çıxarıb. Onların sözlərinə görə, Avropanın müdafiə siyasəti dağınıq görünür və daha çox koordinasiyaya ehtiyac var.

Polşa, Baltik ölkələri və Finlandiya artıq sərhədlərin möhkəmləndirilməsi ilə bağlı planlarını açıqlayıb. Rəsmilər qeyd edirlər ki, bu yanaşma yalnız vahid və tam inteqrasiya olunmuş texnologiyalar tətbiq olunarsa, effektiv ola bilər.

Ukrayna tərəfi isə artıq səmərəli təcrübəsini paylaşır. Standart radarların “Shahed” tipli kiçik və alçaqdan uçan dronları aşkar etməkdə çətinliklərini aradan qaldırmaq üçün Ukrayna şirkətləri səs imzaları əsasında işləyən akustik sensor sistemi hazırlayıblar. Bu məlumatlar mobil döyüş qruplarına ötürülür və həmin qruplar zenit silahları və pulemyotlarla dronları məhv edir. Bu üsul bahalı raketlərdən qat-qat ucuz başa gəlir.

Ukrayna prezidenti Volodimir Zelenski ötən həftə Polşaya pilotsuz uçuş aparatları ilə mübarizə təcrübəsini öyrətməyi təklif edib. Litva Müdafiə Nazirliyinin rəsmiləri də Ukrayna modelini tətbiq etdiklərini açıqlayıblar.

Latviya və Rumıniya da oxşar sistemlərin tətbiqi üzərində işləyir. Aİ-nin müdafiə və kosmos üzrə komissarı Andrius Kubilius yaxın vaxtlarda NATO üzvü olan sərhəd dövlətlərdə “dron əleyhinə divar”ın inşasını təsdiqləyib.

Zelenskinin sözlərinə görə, Rusiya dron hücumları ilə iki məqsəd güdür: NATO-nun hazırlığını yoxlamaq və avropalıları Ukraynaya hava hücumundan müdafiə sistemləri verməyi dayandırmağa məcbur etmək.

Избранный
37
veteninfo.az

1Источники