RU

Çin Rusiyanın Typhoon zirehli maşınını kopyalayıb - Foto

Çin mühəndislərinin hazırladığı yeni zirehli texnika Rusiyanın "KamAZ Typhoon" seriyasına çox bənzəyir...

Poliqon Defence Blog-a istinadn xəbər verir ki, bu yaxınlarda yayılan videoda görüntülənən maşın demək olar ki, rus analoqu ilə eyni quruluşa malikdir.

"Typhoon" seriyası Rusiyanın silahlı qüvvələri üçün "KamAZ" tərəfindən yaradılmış minalardan və pusqulardan mühafizəli (MRAP) modul tipli maşındır. Çin versiyasının da həmin konsepsiyanı təkrarladığı bildirilir.

Məlumatlara görə, Çin variantı 6×6 konfiqurasiyasında hazırlanıb və "Shaanxi HMV3" tipli taktiki yük avtomobilinin şassisinə bənzəyir. Arxa modul hərbi qulluqçular üçün nəzərdə tutulub və sürücü kabinəsindən ayrıdır. Modul hidravlik rampa və minalardan qoruyucu oturacaqlarla təchiz edilib. Oturacaqlar partlayışın gücünü azaltmaq məqsədilə tavana bərkidilib.


Rusiya "Typhoon"u

Mashinənin müstəqil hidropnevmatik asqı sistemi var ki, bu da sürücüyə məsafədən maşının hündürlüyünü tənzimləməyə imkan verir. Bu xüsusiyyət həm minalara davamlılığı, həm də çətin relyefdə hərəkət qabiliyyətini artırır. Bundan əlavə, arxa bölmədə şəxsi silahlar üçün tutacaqlar, təhlükəsizlik kəmərləri və başaltılar quraşdırılıb.

Nəşr qeyd edir ki, Çin eyni vaxtda 6×6 və 8×8 versiyalar üzərində işləyir. Bu isə ölkənin miqyaslana bilən MRAP platforması yaratmaq niyyətindən xəbər verir. Rusiyanın da müxtəlif ox sayına malik "Typhoon" variantları mövcuddur və onlar müxtəlif tapşırıqlara uyğunlaşdırılıb.

Çində bu texnikanın istehsalı ölkənin quru qoşun sistemlərini genişləndirməsi fonunda baş verir. Pekin getdikcə daha çox modul tipli, partlayışadavamlı maşınlara üstünlük verir ki, onlar həm asimmetrik müharibələrdə, həm də daxili təhlükəsizlik əməliyyatlarında istifadə oluna bilər.


Çin zirehli maşını

Mütəxəssislər vurğulayırlar ki, Çinin həm 6×6, həm də 8×8 modelləri eyni vaxtda tətbiq etməsi ölkənin mövcud rus imkanlarına çatmaq, hətta onları üstələmək istəyi ilə bağlıdır.

Xatırladaq ki, Rusiya "Typhoon"-u Suriyada geniş şəkildə istifadə edib. Bu maşın modul konstruksiyası, uzaqdan idarə olunan döyüş bölmələri və gücləndirilmiş zireh müdafiəsi ilə tanınır. Çin versiyasının isə oxşar rolu öz hərbi doktrinası çərçivəsində yerinə yetirməyə hazır olduğu bildirilir.

Poliqon.info

 

Избранный
16
poliqon.info

1Источники