İsrail ordusu Qəzza şəhərində Rantisi Uşaq Xəstəxanasına hücum edib.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, xəstəxanada müxtəlif şöbələrdə müalicə alan 80 xəstə, reanimasiya şöbəsində 4 uşaq, yenidoğulmuşlar şöbəsində isə 8 körpə var.
Qeyd olunub ki, Rantisi Uşaq Xəstəxanası Qəzza zolağında onkologiya, dializ, tənəffüs və həzm sistemi xəstəlikləri kimi ixtisasları özündə birləşdirən yeganə ixtisaslaşmış xəstəxanadır.
Mina Mikayılova