RU

Bu gün Türkiyənin vitse-prezidenti Qırğızıstana səfərə gedir

Bu gün Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Qırğızıstana rəsmi səfərə gedir. Məlumatı “Anadolu” verib. 

Səfərin proqramına əsasən, ilk gün Yılmaz Ata-Beyit Milli Tarix-Memorial Kompleksindəki Urkun memorialını, eləcə də qırğız yazıçısı Çingiz Aytmatovun məzarını ziyarət edəcək. Daha sonra türkiyəli siyasətçi Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən qəbul ediləcək.

Yılmaz Qırğızıstan-Türkiyə Manas Universitetinin (KTMU) 30 illiyinə həsr olunmuş konsertdə də iştirak edəcək, Bişkekdə türk iş adamları ilə görüşəcək.

Səfərinin ikinci günü, sentyabrın 18-də Yılmaz Bişkekdə Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek Kasıməliyev ilə danışıqlar aparacaq, həmçinin Türkiyə-Qırğızıstan Müştərək İqtisadi Komissiyasının (JEK) 12-ci iclasında və YEC protokolunun imzalanması mərasimində iştirak edəcək.

Həmin gün vitse-prezident Türkiyə-Qırğızıstan Biznes Forumunda iştirak edəcək, KTMU-ya baş çəkəcək, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökumət başçıları və vitse-prezidentlərinin görüşündə, o cümlədən prezident Japarovun iştirakı ilə keçiriləcək birgə iclasda iştirak edəcək.

P.Əmircanov
XQ

Избранный
54
xalqqazeti.az

1Источники