RU

Krediti daha tez necə bağlamaq olar? - Ekspert sadə üsulu açıqladı

Rusiyada kreditlərin vaxtında ödənilməməsi rekorda çatıb, vətəndaşların gecikmiş borcları 1,5 trilyon rublu ötüb. Ekspertlər bunun əsas səbəbini insanların asanlıqla borca girməsi və sonradan ondan çıxmağın çətin olması ilə izah edirlər.

Milli.Az xəbər verir ki, maliyyə eksperti Tatyana Volkova "gazeta"ya açıqlamasında borc yükünü yoxlamağın sadə yolunu izah edib.

Onun sözlərinə görə xüsusi formula var: aylıq kredit ödənişləri ÷ aylıq gəlir × 100%.

Əgər göstərici 30%-ə qədərdirsə, bu, təhlükəsiz zona sayılır və kreditlər nə gündəlik xərclərə, nə də pul yığmağa mane olmur. 30-50% arası xəbərdarlıq siqnalı hesab olunur: büdcə hələ idarə edilə bilər, lakin hər hansı əlavə xərc, məsələn, xəstəlik, təmir və ya gəlirin azalması vəziyyəti çətinləşdirə bilər. 50%-dən yuxarı olduqda isə vəziyyət çox riskli sayılır, çünki qazancın yarısından çoxu banka gedirsə, bu, birbaşa borc bataqlığına aparır.

"Büdcə tutmaq və bütün gəlir və xərcləri yazmaq, artıq xərcləri azaltmaq və əsas ödənişlərə üstünlük vermək, kreditləri daha sərfəli şərtlərlə refinans etmək, hər gəlirdən azı 10% ayıraraq ehtiyat fondu yaratmaq və əlavə qazanc yolları axtarmaq, məsələn, əlavə iş və ya kiçik biznes kreditin daha tez ödənilməsini təmin edəcək"

Volkovanın sözlərinə görə, hətta çıxış yolu yoxdur kimi görünsə də, kiçik addımlardan başlamaq lazımdır: lazımsız xərci dayandırmaq, 5 manatı belə ehtiyat hesabına köçürmək. "Balaca addımlar böyük dəyişikliklərə gətirir. Maliyyə azadlığı xəyala yox, ardıcıl addımlara bağlıdır", - deyə o vurğulayıb.

İsmayıl
Milli.Az

Избранный
29
3
milli.az

4Источники