RU

III MDB Oyunlarına 12 ölkədən 1619 idmançı gələcək

Azərbaycanda təşkil olunacaq III MDB Oyunları üçün qeydiyyatdan keçən ölkələrin və idmançıların sayı artıb.

Bakı Şəhər Halqasından verilən məlumata görə, yarışa 12 ölkədən 1619 idmançı və 2313 nümayəndə qatılacaq.

Daha əvvəl 10 ölkənin iştirakı nəzərdə tutulsa da sonradan bu siyahıya Pakistan və Oman da əlavə olunub.

Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Küveyti 6, Omanı isə 4 idmançının təmsil edəcəyi dəqiqləşib.

Qabil YUSİFOĞLU
XQ

Избранный
27
1
xalqqazeti.az

2Источники